Azərbaycan 2-ci Liqasında 2026/27 mövsümünün 5-ci turuna start verilib. İlk oyun günündə dörd qarşılaşma keçirilib və komandalar yüksək məhsuldarlıq nümayiş etdiriblər.
Günün dörd matçında ümumilikdə 23 qol vurulub. Turun açılış görüşündə debütant “Zəngəzur” “Kür-Araz” üzərində 5:1 hesablı inamlı qələbə qazanıb. “Hypers” isə “Şəki”nin qapısından beş cavabsız top keçirib.
“Şirvan” qələbə seriyasını davam etdirdi
Günün əsas qarşılaşması Şamaxıda baş tutub. İlk dörd turda maksimum nəticə göstərən lider “Şirvan” “Şəmkir”lə görüşdə də xal itirməyib. “Şəmkir” matçın gedişində 2:0 hesabı ilə önə keçsə də, Pərviz Bayramovun komandası geridönüş etməyi bacarıb və 3:2 hesabı ilə qalib gəlib. Beləliklə, “Şirvan” mövsümün ilk beş oyununda qələbə seriyasını davam etdirib.
Digər görüşdə “Ağstafa Gəncləri” “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib. Turun qalan iki qarşılaşması sentyabrın 29-da keçiriləcək.
Azərbaycan 2-ci Liqası, 5-ci tur
28 sentyabr
15:00. “Zəngəzur” – “Kür-Araz” – 5:1
Qollar: R. Voronsov, 46; F. Əhmədov, 53; R. Ağalarov, 55; N. Novruzov, 75; T. Qurbanov, 85 – Ü. Cəlilov, 28
Hakimlər: Vaqif Vəliyev, Əkbər Əliyev, Tural Bayramov, Yasin Cəbizadə
Binə qəsəbə stadionu
15:30. “Şəki” – “Hypers” – 0:5
Qollar: S. Ağayev, 11; A. Babazadə, 45-pen; 49; T. Hüseynzadə, 62; V. Əşrəfli, 68-pen.
Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Samir Cabbarov, Rauf Salamov
Zaqatala OİK stadionu
15:30. “Şəmkir” – “Şirvan” – 2:3
Qollar: E. Abdullayev, 2; H. Həsənov, 39 – A. Paşayev, 32; 81; A. Yunanov, 82
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Təhmin Cəlilbəyli, Kamil Aydınov
Şamaxı OİK stadionu
15:30. “Ağstafa Gəncləri” – “Ağdaş” – 4:2
Qollar: E. Qasımov, 37; 61-pen; 71; E. Namazov, 44 – A. Kərimxanov, 48; S. Ağayev, 85
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Mehdi Yusifov
Ağstafa şəhər stadionu






