Azərbaycan 2-ci Liqasında bu gün V turun oyunlarına start veriləcək. Tur iki gün ərzində keçiriləcək və ilk oyun günündə dörd, ertəsi gün isə daha iki qarşılaşma baş tutacaq. Turun mərkəzi görüşü Şamaxıda keçiriləcək. Burada turnir cədvəlinin lideri “Şirvan” səfərdə “Şəmkir”in qonağı olacaq.
Mövsümə uğurlu başlayan komandaların mübarizəsi baxımından maraq doğuran turun açılış oyunu isə Binə qəsəbəsində keçiriləcək. Debütant “Zəngəzur” doğma meydanda “Kür-Araz”ı qəbul edəcək. Eyni gündə “Şəki” “Hypers”lə, “Ağstafa Gəncləri” isə “Ağdaş”la üz-üzə gələcək. Hazırda “Şirvan” dörd turdan sonra lider mövqedə qərarlaşıb.
2-ci Liqa, 5-ci tur
28 sentyabr
“Zəngəzur” – “Kür-Araz” – 15:00
- Hakimlər: Vaqif Vəliyev, Əkbər Əliyev, Tural Bayramov, Yasin Cəbizadə
- Hakim-inspektor: Rövşən Əhmədov
- AFFA nümayəndəsi: Nəriman Axundov
- Binə qəsəbə stadionu
“Şəki” – “Hypers” – 15:30
- Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Samir Cabbarov, Rauf Salamov
- Hakim-inspektor: Zöhrab Qədiyev
- AFFA nümayəndəsi: Bəhram Qurbanov
- Zaqatala OİK stadionu
“Şəmkir” – “Şirvan” – 15:30
- Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Təhmin Cəlilbəyli, Kamil Aydınov
- Hakim-inspektor: Munis Abdullayev
- AFFA nümayəndəsi: Mahal Məmmədov
- Şamaxı OİK stadionu
“Ağstafa Gəncləri” – “Ağdaş” – 15:30
- Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Mehdi Yusifov
- Hakim-inspektor: Əmrah İbrahimov
- AFFA nümayəndəsi: Mübariz Hüseynov
- Ağstafa şəhər stadionu
Turun qalan iki qarşılaşması sentyabrın 29-da keçiriləcək. Həmin gün “Dinamo” “Marafon”u, “Difai” isə “Qaradağ Lökbatan”ı qəbul edəcək.






