DÇ-2026-nın qrup mərhələsində ilk turun başa çatmasından sonra “Opta” superkompüteri dünya çempionluğu uğrunda əsas namizədlərlə bağlı proqnozlarını yeniləyib. Hesablamalara əsasən, Fransa millisi hazırda turnirin ən güclü favoriti hesab olunur.
Didye Deşamın rəhbərlik etdiyi komanda mundiala inamlı start verərək Seneqal üzərində 3:1 hesablı qələbə qazanıb. Bu nəticədən sonra fransızların dünya çempionu olmaq ehtimalı 15,73 faizə yüksəlib və komanda reytinqin zirvəsinə qalxıb.
İngiltərə və Argentina ilk üçlükdədir
Favoritlər siyahısında ikinci pillədə İngiltərə millisi qərarlaşıb. сhesabı ilə məğlub edib. Bu qələbədən sonra ingilislərin çempionluq şansı 12,33 faiz olaraq qiymətləndirilib.
Son dünya çempionu Argentina isə ilk turda Əlcəzairə qarşı 3:0 hesablı qələbə qazanaraq üçüncü pilləyə yüksəlib. Lionel Messinin het-trik etdiyi görüşdən sonra cənubi amerikalıların titul qazanmaq ehtimalı 12,28 faizə çatıb.
Turnir başlamazdan əvvəl “Opta”nın əsas favoriti məhz İspaniya idi. Superkompüter Luis de la Fuentenin komandasına 16,1 faiz çempionluq ehtimalı vermişdi. Lakin mundialın debütantı Kabo-Verde ilə qolsuz heç-heçə edən ispanlar lider mövqeyini itiriblər.
İlk turun nəticələri proqnozlara da ciddi təsir göstərib. Mundialdan əvvəl Fransa üçün çempionluq ehtimalı 13 faiz, İngiltərə üçün 11,2 faiz, Argentina üçün isə 10,4 faiz hesablanırdı. Hər üç komandanın uğurlu startı onların göstəricilərinin yüksəlməsinə səbəb olub.
Qrup mərhələsinin növbəti oyunları favoritlər sıralamasında yenidən dəyişikliklər yarada bilər. Xüsusilə Fransa, İngiltərə və Argentinanın qarşıdakı görüşlərdə göstərəcəyi nəticələr superkompüterin yeni proqnozlarında həlledici rol oynayacaq.




