Yeni mövsümə hazırlığını Bakıda davam etdirən “Şirvan” növbəti yoxlama matçına çıxıb. Azərbaycan II Liqasının təmsilçisi çempionatın debütantı “Marafon”la qarşılaşıb.
Keçmiş “Şəfa” stadionunun ehtiyat meydançasında səhər saatlarında keçirilən görüşdə komandalar qapılara yol tapa bilməyiblər. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
“Şirvan” Bakı toplanışını dörd oyunla tamamladı
Pərviz Bayramovun rəhbərlik etdiyi kollektiv bununla paytaxtdakı hazırlıq prosesi çərçivəsində dördüncü yoxlama görüşünü keçirib. Əvvəlki üç matçda “Şirvan” fərqli nəticələr qeydə almışdı.
- “Şirvan” – “Təkan” — 4:1
- “Şirvan” – “Qaradağ Lökbatan” — 0:2
- “Şirvan” – “Difai” — 2:2
- “Şirvan” – “Marafon” — 0:0
Beləliklə, bölgə təmsilçisi Bakıdakı dörd sınaq matçında bir qələbə, iki heç-heçə və bir məğlubiyyət əldə edib.
“Şirvan” ötən mövsüm Azərbaycan II Liqasında 27 oyundan 40 xal toplayaraq turnir cədvəlini dördüncü pillədə tamamlayıb. Komanda 2026/27 mövsümündə mükafatçılar sırasına düşməyi qarşısına məqsəd qoyub.
Yeni mövsümdə II Liqada 12 komanda mübarizə aparacaq. İlk turun sentyabrın 1-də keçirilməsi nəzərdə tutulub. Püşkün nəticəsinə əsasən, “Şirvan” mövsümə doğma meydanda “Kür-Araz”la oyunla başlayacaq.
Yay fasiləsində komandanın heyətində də ciddi dəyişikliklər edilib. Amil Yunanov, Bəxtiyar Soltanov, Aqşin Paşayev, Kamran Qürbətov, Əmrah Bulud, Mehman Nəsirov, Qədir Həsənov, Nurlan İsayev və Novruz Rəhimov “Şirvan”ın sıralarına qoşulublar.





