Azərbaycan I Liqasında ilk tura bu gün yekun vurulacaq

Azərbaycan I Liqasında 2026/2027 mövsümünün ilk turu bu gün keçiriləcək iki qarşılaşma ilə tamamlanacaq. Açılış turunun ikinci oyun günündə “Şimal” “Gəncəbasar”la, “Mingəçevir” isə “Zaqatala” ilə üz-üzə gələcək.

Hər iki qarşılaşmaya saat 17:00-da start veriləcək. “Şimal” – “Gəncəbasar” matçı Şamaxıda, “Mingəçevir” – “Zaqatala” görüşü isə Mingəçevirdə baş tutacaq.

Çempionata sentyabrın 3-də üç qarşılaşma ilə start verilib. MOİK mövsümün ilk matçında “Şahdağ Qusar”a minimal hesabla məğlub olub. Qarşılaşmada yeganə qol 14-cü dəqiqədə vurulub.

MOİK – “Şahdağ Qusar” – 0:1

“Karvan-Yevlax” isə yeni mövsümə inamlı qələbə ilə başlayıb. Yevlax təmsilçisi “Baku Sportinq”i üç cavabsız qolla məğlub edərək turun ilk gününün ən böyükhesablı nəticəsinə imza atıb.

“Baku Sportinq” – “Karvan-Yevlax” – 0:3

Digər qarşılaşmada “Xankəndi” və “Səbail” hərəyə bir dəfə fərqləniblər. Görüşdə qalib müəyyənləşməyib və komandalar mövsümün ilk turunda bir xalla kifayətləniblər.

“Xankəndi” – “Səbail” – 1:1

Bu gün keçiriləcək oyunlar

Azərbaycan I Liqası, 1-ci tur

4 sentyabr

17:00. “Şimal” – “Gəncəbasar”

  • Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Elmin Süleymanov, Maqsud Şamıyev.
  • Hakim-inspektor: Rövşən Əhmədov.
  • AFFA nümayəndəsi: Asif Əliyev.
  • Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.

17:00. “Mingəçevir” – “Zaqatala”

  • Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Zakir Şükürzadə, Ceyhun Hüseynov.
  • Hakim-inspektor: Munis Abdullayev.
  • AFFA nümayəndəsi: Seymur Səlimli.
  • Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançası.

Bu iki qarşılaşmadan sonra Azərbaycan I Liqasının 2026/2027 mövsümündə ilk turuna yekun vurulacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni