Azərbaycan 1-ci Liqasında 2-ci tura yekun vurulub. Turun son qarşılaşmasında MOİK və “Şimal” Binə qəsəbə stadionunda üz-üzə gəliblər.
Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bununla da ilk turda məğlubiyyətlə üzləşən hər iki komanda yeni mövsümdə ilk xalını qazanıb.
Matçın ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə komandalar hərəyə bir dəfə fərqləniblər.
Qollar ikinci hissədə vuruldu
MOİK 49-cu dəqiqədə N.Osmanovun qolu ilə hesabda önə keçib. “Şimal” məğlubiyyətdən 66-cı dəqiqədə xilas olub. Z.Mərdanov fərqlənərək yekun nəticəni müəyyənləşdirib – 1:1.
Beləliklə, MOİK ilk turda “Şahdağ Qusar”a 0:1, “Şimal” isə “Gəncəbasar”a 1:2 hesablı məğlubiyyətdən sonra ikinci turda aktivinə bir xal yazdırıb.
Turun digər oyunlarında “Şahdağ Qusar” “Karvan-Yevlax”ı 2:0, “Zaqatala” “Baku Sportinq”i 3:0, “Səbail” “Mingəçevir”i 2:1, “Gəncəbasar” isə “Xankəndi”ni 2:1 hesabı ilə məğlub edib.
1-ci Liqa, 2-ci tur
11 sentyabr
MOİK – “Şimal” – 1:1
- Qollar: N.Osmanov, 49 – Z.Mərdanov, 66.
- Stadion: Binə qəsəbə stadionu.
- Baş hakim: Şamil İmanzadə.
- Yan xətt hakimləri: Mirnihad Seyidov, Rasim Axundov.
- Ehtiyat hakim: Alik Yunusov.





