Azərbaycan Kubokunda püşk atıldı: təsnifat mərhələlərinin cütləri bəlli oldu

Futbol üzrə Azərbaycan Kubokunun 2026/27 mövsümü üçün püşkatma mərasimi keçirilib. Püşkün nəticəsində I və II təsnifat mərhələlərində qarşılaşacaq komandalar müəyyənləşib.

Yeni mövsümdə ölkə kuboku uğrunda ümumilikdə 34 komanda mübarizə aparacaq. I təsnifat mərhələsində II Liqa təmsilçiləri yarışacaq.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi — 7-8 oktyabr

  • “Marafon” – “Dinamo”
  • “Qaradağ Lökbatan” – “Şəki”
  • “Şirvan” – “Kür-Araz”
  • “Ağdaş” – “Hypers”
  • “Şəmkir” – “Ağstafa Gəncləri”
  • “Difai” – “Zəngəzur”

İlk mərhələnin qalibləri daha sonra turnirə qoşulan komandalarla mübarizəni davam etdirəcəklər.

II təsnifat mərhələsi — 27-29 oktyabr

  • MOİK – “Şahdağ Qusar”
  • “Şimal” – “Araz-Naxçıvan”
  • “Kəpəz” – “Baku Sportinq”
  • “Səbail” – “Zirə”
  • “Qəbələ” – “Mingəçevir”
  • “Xankəndi” – “Gəncəbasar”
  • “Şamaxı” – “Ağdaş”/“Hypers” cütünün qalibi
  • “Şəfa” – “Şəmkir”/“Ağstafa Gəncləri” cütünün qalibi
  • “Karvan-Yevlax” – “Difai”/“Zəngəzur” cütünün qalibi
  • “Zaqatala” – “Marafon”/“Dinamo” cütünün qalibi
  • “İmişli” – “Qaradağ Lökbatan”/“Şəki” cütünün qalibi
  • “Sumqayıt” – “Şirvan”/“Kür-Araz” cütünün qalibi

Azərbaycan Kubokunda 1/4 final mərhələsinədək qaliblər bir oyun əsasında müəyyənləşdiriləcək. Sonrakı mərhələlərdə isə ev-səfər sistemi tətbiq olunacaq. Mövsümün əvvəlcədən açıqlanan təqviminə əsasən, 1/8 final qarşılaşmaları dekabrın 1-2-də nəzərdə tutulub.

Turnirin finalı 2027-ci il mayın 12-də Gəncə stadionunda keçiriləcək. Kubokun qalibi eyni zamanda UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə əldə edəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni