Futbol üzrə Azərbaycan Kubokunun 2026/27 mövsümü üçün püşkatma mərasimi keçirilib. Püşkün nəticəsində I və II təsnifat mərhələlərində qarşılaşacaq komandalar müəyyənləşib.
Yeni mövsümdə ölkə kuboku uğrunda ümumilikdə 34 komanda mübarizə aparacaq. I təsnifat mərhələsində II Liqa təmsilçiləri yarışacaq.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi — 7-8 oktyabr
- “Marafon” – “Dinamo”
- “Qaradağ Lökbatan” – “Şəki”
- “Şirvan” – “Kür-Araz”
- “Ağdaş” – “Hypers”
- “Şəmkir” – “Ağstafa Gəncləri”
- “Difai” – “Zəngəzur”
İlk mərhələnin qalibləri daha sonra turnirə qoşulan komandalarla mübarizəni davam etdirəcəklər.
II təsnifat mərhələsi — 27-29 oktyabr
- MOİK – “Şahdağ Qusar”
- “Şimal” – “Araz-Naxçıvan”
- “Kəpəz” – “Baku Sportinq”
- “Səbail” – “Zirə”
- “Qəbələ” – “Mingəçevir”
- “Xankəndi” – “Gəncəbasar”
- “Şamaxı” – “Ağdaş”/“Hypers” cütünün qalibi
- “Şəfa” – “Şəmkir”/“Ağstafa Gəncləri” cütünün qalibi
- “Karvan-Yevlax” – “Difai”/“Zəngəzur” cütünün qalibi
- “Zaqatala” – “Marafon”/“Dinamo” cütünün qalibi
- “İmişli” – “Qaradağ Lökbatan”/“Şəki” cütünün qalibi
- “Sumqayıt” – “Şirvan”/“Kür-Araz” cütünün qalibi
Azərbaycan Kubokunda 1/4 final mərhələsinədək qaliblər bir oyun əsasında müəyyənləşdiriləcək. Sonrakı mərhələlərdə isə ev-səfər sistemi tətbiq olunacaq. Mövsümün əvvəlcədən açıqlanan təqviminə əsasən, 1/8 final qarşılaşmaları dekabrın 1-2-də nəzərdə tutulub.
Turnirin finalı 2027-ci il mayın 12-də Gəncə stadionunda keçiriləcək. Kubokun qalibi eyni zamanda UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə əldə edəcək.





