Hidayət Heydərov İlin Ən Yaxşı Cüdoçusu Adına Namizəd Ola Bilər

Azərbaycan cüdo millisinin üzvü Hidayət Heydərov (73 kq) “İlin Ən Yaxşı Cüdoçusu” adını qazanmaq şansını qoruyur.

Sport-Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası bu mötəbər ada namizəd olan üç idmançının adını açıqlayıb. Heydərovla yanaşı, bu siyahıya olimpiya çempionları Laşa Bekauri (90 kq, Gürcüstan) və Eldos Smetov (60 kq, Qazaxıstan) da daxildir.

Qeyd edək ki, qalibin adı 1-2 fevral tarixlərində Parisdə keçiriləcək “Böyük Dəbilqə” turniri zamanı elan olunacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni