More

    Maria Stadnik idman karyerasını başa vurdu

    İkiqat dünya çempionu və onqat Avropa çempionu olan məşhur Azərbaycanlı qadın güləşçi Maria Stadnik idman karyerasını başa vurduğunu açıqlayıb.

    Sport-Az xəbər verir ki, Stadnik bu barədə şəxsi Instagram hesabında paylaşım edib.

    “Mən qadın güləşinin tarixinə adımı yazdım. Bu tarixi mənimlə birgə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımda yeni bir səhifə açmağın vaxtıdır. Güləş, hər şey üçün təşəkkür edirəm!” – deyə idmançı vida mesajında qeyd edib.

    Qeyd edək ki, Stadnik dünya və Avropa çempionatlarındakı çoxsaylı titulları ilə yanaşı, dördqat Olimpiya mükafatçısıdır. O, 2008 və 2020-ci illərdə bürünc, 2012 və 2016-cı illərdə isə gümüş medal qazanıb. Təəssüf ki, Paris-2024 Yay Olimpiya Oyunlarında uğur qazana bilmədi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni