More

    Konor Makqreqor Xabib Nurməhəmmədovun azarkeşinə tüpürdü

    UFC döyüşçüsü Konor Makqreqor növbəti dəfə qalmaqallı hərəkəti ilə gündəmə gəlib. O, Xabib Nurməhəmmədovun azarkeşlərindən birinə hörmətsizlik edərək onun üzünə tüpürüb. Hadisə şahidlər tərəfindən kameraya çəkilib.

    Məlumata görə, bir nəfər “İrəli, Xabib!” deyə qışqırdıqda, Makqreqor onun yanından keçirdi. Bu sözləri eşidən irlandiyalı döyüşçü həmin şəxsə yaxınlaşaraq üzünə tüpürüb. Ardınca isə “Üzünə tüpürdüm, nə edəcəksən? Heç nə!” sözlərini işlədib.

    Xatırladaq ki, 2018-ci ildə Makqreqor Xabib Nurməhəmmədova qarşı UFC çempionluq döyüşündə məğlub olmuşdu. Dördüncü raundda Xabibin boğucu fəndi nəticəsində təslim olmaq məcburiyyətində qalmışdı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni