Daha 6 Azərbaycanlı güləşçi Xorvatiyada yarışacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə ilin ilk reytinq turniri davam edir.

Sport-Az xəbər verir ki, bu gün Azərbaycan yığmasının daha 6 üzvü xalça üzərinə çıxacaq:

  • Murad Məmmədov, Ziya Babaşov (hər ikisi – 63 kq)
  • Olimpiya mükafatçısı Xasrat Cəfərov, Fərid Xəlilov (hər ikisi – 67 kq)
  • Alena Kolesnik, Günay Qurbanova (hər ikisi – 59 kq)

İndiyədək Azərbaycan komandası turnirdə 7 medal qazanıb:

  • Qızıl: Kənan Eybatov (70 kq)
  • Gümüş: İslam Bazarqanov (57 kq), Arseniy Cioyev (86 kq), Osman Nurməmmədov (92 kq)
  • Bürünc: Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Abubəkr Abakarov (92 kq)

Yarış 9 fevral tarixinədək davam edəcək və Azərbaycan bu turnirdə 33 idmançı ilə təmsil olunur.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni