More

    Rəcəbov və Məmmədyarov finala çıxmaq üçün mübarizə aparacaq

    Bu gün Azərbaycan Şahmat Çempionatında yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. Sport-Az xəbər verir ki, kişilər arasında yarışda Şəhriyar Məmmədyarov dünən Misrədin İsgəndərovu qara fiqurlarla məğlub edib. Finala yüksəlmək üçün ona bu gün heç-heçə də kifayət edəcək.

    Digər yarımfinal qarşılaşması Teymur Rəcəbov və Rauf Məmmədov arasında baş tutacaq. Onların ilk oyunu bərabərliklə nəticələnib və bu gün hər iki şahmatçı finala vəsiqə uğrunda həlledici partiya oynayacaq.

    Qadınlar arasında yarışda Günay Məmmədzadə ötən gün məğlub olduğu Gülnar Məmmədovaya qarşı revanş almağa çalışacaq. Digər görüşdə Gövhər Beydullayeva Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək. İlk qarşılaşma heç-heçə ilə başa çatmışdı.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni