More

    ABŞ-da Super Bowl izləyici rekordu qırdı – 126 milyon tamaşaçı

    ABŞ-da hər il keçirilən ən böyük idman hadisəsi olan Super Bowl, bu dəfə izləyici rekordu qıraraq 126 milyon tamaşaçı toplayıb. Sport-Az-ın məlumatına görə, bu rəqəm Nielsen tədqiqat şirkəti və Fox telekanalının ilkin hesabatına əsaslanır.

    Fox telekanalında oyunu 111,5 milyon insan izləyib, Tubi adlı pulsuz yayım platformasında 13,6 milyon tamaşaçı olub, NFL-in öz platformasında isə 800 min nəfər qarşılaşmaya baxıb.

    Bu, ardıcıl üçüncü ildir ki, Super Bowl tamaşaçı rekordu yenilənir. Keçən il bu rəqəm 123,4 milyon nəfər idi.

    Super Bowl 2025: Oyunun nəticələri və maraqlı faktlar

    Bu il finalda iki dəfə ardıcıl çempion olan Kansas City Chiefs və Philadelphia Eagles komandaları üz-üzə gəldi. Gərgin keçən qarşılaşmada Philadelphia Eagles 40-22 hesabı ilə qalib gəldi. Oyun New Orleans şəhərində baş tutdu.

    Super Bowl yalnız bir idman tədbiri deyil, həm də ilin ən çox izlənən televiziya hadisəsidir. Dünyanın ən iri brendləri bu oyun üçün xüsusi reklam çarxları hazırlayır. Bu il 30 saniyəlik reklam çarxının qiyməti 8 milyon dollar təşkil edib. Reklam çarxlarında Harrison Ford, Matthew McConaughey və Meg Ryan kimi məşhurlar çəkilib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni