More

    Bakıda Böyük Dəbilqə turnirinin proqramı açıqlanıb

    Bakıda keçiriləcək Böyük Dəbilqə turniri üçün proqram müəyyən edilib. 14-16 fevral tarixlərində Milli Gimnastika Arenasında təşkil olunacaq beynəlxalq cüdo yarışı dünya cüdoçularını bir araya gətirəcək. Sport-Az xəbər verir ki, turnirin ilk günü aşağıdakı çəki dərəcələrində mükafatçılar bəlli olacaq:

    • Kişilər: 60 kq, 66 kq
    • Qadınlar: 48 kq, 52 kq, 57 kq

    İkinci yarış günündə isə aşağıdakı çəki dərəcələrində cüdoçular qalib adını qazanmağa çalışacaq:

    • Kişilər: 73 kq, 81 kq
    • Qadınlar: 63 kq, 70 kq

    Sonuncu yarış günündə isə ağır çəkili idmançılar tatami üzərinə çıxacaq:

    • Kişilər: 90 kq, 100 kq, +100 kq
    • Qadınlar: 78 kq, +78 kq

    Final qarşılaşmaları hər gün saat 17:00-da başlayacaq. Səhər sessiyalarının dəqiq vaxtı isə püşkatmadan sonra elan ediləcək. Yarışda 37 ölkədən cüdoçular iştirak edəcək. Ev sahibi Azərbaycanı 33 idmançı təmsil edəcək.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni