Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 2025/2026 mövsümündə Misli Premyer Liqasının keçirilmə formatını elan edib. Sport-Az-ın məlumatına görə, qərar AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Yeni mövsümdə Azərbaycan Premyer Liqası üç dövrəli sistem üzrə keçiriləcək və 12 komandanın iştirakı ilə 33 turdan ibarət olacaq. Üçüncü dövrədə meydan sahibi komandalar püşkatma yolu ilə müəyyən ediləcək.
Cari mövsümün reqlamentinə əsasən, turnir cədvəlində sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində Birinci Liqadan üç komanda birbaşa yüksək diviziona yüksələcək.



