Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına hakim təyinatları müəyyənləşib. sport-az.com-ın məlumatına görə, sabah start götürəcək mərhələnin ilk oyununu Cavid Cəlilov idarə edəcək.
Bu mərhələdə FİFA referilərindən baş hakim kimi yalnız Elçin Məsiyev kubok oyunlarında çalışacaq. 1/4 finalın mərkəzi qarşılaşması sayılan “Zirə” – “Araz-Naxçıvan” matçını isə İnqilab Məmmədov idarə edəcək.
Matçlar fevralın 27-28-də keçiriləcək.
Azərbaycan Kuboku: 1/4 final mərhələsi, cavab oyunları
27 fevral
- 16:00. “Qarabağ” – “Səbail”
- Baş hakim: Cavid Cəlilov
- Köməkçilər: Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
- VAR: Rauf Allahverdiyev, Şirmamed Mamedov
- Hakim-inspektor: Vüsal Əliyev
- AFFA nümayəndəsi: Elçin Məmmədov
- Məkan: Tofiq Bəhramov adına Respublika Stadionu
- 19:30. “Sumqayıt” – “Sabah”
- Baş hakim: Elçin Məsiyev
- Köməkçilər: Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
- VAR: Nicat İsmayıllı, Rəhman İmami
- Hakim-inspektor: Anar Salmanov
- AFFA nümayəndəsi: Mübariz Hüseynov
- Məkan: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
28 fevral
- 16:00. “Zirə” – “Araz-Naxçıvan”
- Baş hakim: İnqilab Məmmədov
- Köməkçilər: Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
- VAR: Əliyar Ağayev, Akif Əmirəli
- Hakim-inspektor: Rəhim Həsənov
- AFFA nümayəndəsi: Elçin Mehtiyev
- Məkan: Zirə İdman Kompleksinin stadionu
- 19:30. “Neftçi” – “Kəpəz”
- Baş hakim: Rəşad Əhmədov
- Köməkçilər: Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
- VAR: Rəvan Həmzəzadə, Kamran Bayramov
- Hakim-inspektor: Orxan Məmmədov
- AFFA nümayəndəsi: Emin Cəfərov
- Məkan: “Neftçi Arena”