Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına hakim təyinatları müəyyənləşib. sport-az.com-ın məlumatına görə, sabah start götürəcək mərhələnin ilk oyununu Cavid Cəlilov idarə edəcək.

Bu mərhələdə FİFA referilərindən baş hakim kimi yalnız Elçin Məsiyev kubok oyunlarında çalışacaq. 1/4 finalın mərkəzi qarşılaşması sayılan “Zirə”“Araz-Naxçıvan” matçını isə İnqilab Məmmədov idarə edəcək.

Matçlar fevralın 27-28-də keçiriləcək.

Azərbaycan Kuboku: 1/4 final mərhələsi, cavab oyunları

27 fevral

  • 16:00. “Qarabağ” – “Səbail”
    • Baş hakim: Cavid Cəlilov
    • Köməkçilər: Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
    • VAR: Rauf Allahverdiyev, Şirmamed Mamedov
    • Hakim-inspektor: Vüsal Əliyev
    • AFFA nümayəndəsi: Elçin Məmmədov
    • Məkan: Tofiq Bəhramov adına Respublika Stadionu
  • 19:30. “Sumqayıt” – “Sabah”
    • Baş hakim: Elçin Məsiyev
    • Köməkçilər: Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
    • VAR: Nicat İsmayıllı, Rəhman İmami
    • Hakim-inspektor: Anar Salmanov
    • AFFA nümayəndəsi: Mübariz Hüseynov
    • Məkan: Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

28 fevral

  • 16:00. “Zirə” – “Araz-Naxçıvan”
    • Baş hakim: İnqilab Məmmədov
    • Köməkçilər: Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
    • VAR: Əliyar Ağayev, Akif Əmirəli
    • Hakim-inspektor: Rəhim Həsənov
    • AFFA nümayəndəsi: Elçin Mehtiyev
    • Məkan: Zirə İdman Kompleksinin stadionu
  • 19:30. “Neftçi” – “Kəpəz”
    • Baş hakim: Rəşad Əhmədov
    • Köməkçilər: Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov
    • VAR: Rəvan Həmzəzadə, Kamran Bayramov
    • Hakim-inspektor: Orxan Məmmədov
    • AFFA nümayəndəsi: Emin Cəfərov
    • Məkan: “Neftçi Arena”

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni