Fransız “Paris Sen-Jermen”i 2024/25 mövsümünün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Londondan “Arsenal”ı 2:1 (ilk oyun 1:0) məğlub edərək finala yüksəldi. Bu qələbə ilə Luis Enrikenin komandası XXI əsrdə və ümumilikdə Çempionlar Liqasının ən yeni tarixində Fransız klubları arasında bənzərsiz bir nailiyyətə imza atdı. Sport-Az.com-un məlumatına görə, Opta Sport bu xəbəri yayıb.
Mənbənin verdiyi məlumata görə, PSG Çempionlar Liqasının formatının dəyişdirilməsindən sonra 1992/93 mövsümündən bəri iki dəfə finala çıxan ilk fransız klubu oldu. Daha əvvəl 2020-ci ildə Paris klubu finala çıxmışdı və o vaxt komandanı alman mütəxəssisi Tomas Tuxel idarə edirdi. PSJ o zaman “Bavariya”ya 1:0 hesabı ilə məğlub olmuşdu.
Əvvəlki illərdə “Marsel” iki dəfə Çempionlar Liqasının finalına yüksəlmişdi, bunlardan biri 1993-cü ildə “Milan”ı 1:0 hesabı ilə məğlub etməklə olmuşdu, digər isə köhnə formatda, 1991-ci ildə “Çrvena Zvezda”ya qarşı baş tutmuşdu (0:0, 3:5 penalti ilə). “Reims” də iki dəfə KЕÇ finalına çıxmış, amma 1956 və 1959-cu illərdə məğlub olmuşdu.
Bu mövsümün finalında PSG “İnter”lə qarşılaşacaq. Oyun 31 mayda Münxendə keçiriləcək.