Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe milli komandanın tarixində ən məhsuldar assist ustası titulunu qazandı.
26 yaşlı ulduz futbolçu bu nailiyyətə UEFA Millətlər Liqasının İspaniya ilə keçirilən yarımfinal matçında imza atıb. Mbappe həmin oyunda Rayan Şerkiyə verdiyi ötürmə ilə millidəki 31-ci assistini rəsmiləşdirib.
Bu göstərici ilə o, “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmanı geridə qoyaraq “Les Bleus” tarixində ən çox qol ötürməsi verən oyunçu statusuna yiyələnib.
Mbappenin Fransa millisindəki ümumi statistikası:
- 89 oyun
- 49 qol
- 36 məhsuldar ötürmə
Qeyd edək ki, Mbappenin məhsuldarlığı həm qol, həm assist baxımından Fransanın müasir futbol tarixində əlamətdar bir səviyyəyə çatıb və onun liderliyi davam etməkdədir.



