More

    Kilian Mbappe Fransa millisinin tarixində ən çox assist edən futbolçu oldu

    Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe milli komandanın tarixində ən məhsuldar assist ustası titulunu qazandı.

    26 yaşlı ulduz futbolçu bu nailiyyətə UEFA Millətlər Liqasının İspaniya ilə keçirilən yarımfinal matçında imza atıb. Mbappe həmin oyunda Rayan Şerkiyə verdiyi ötürmə ilə millidəki 31-ci assistini rəsmiləşdirib.

    Bu göstərici ilə o, “Atletiko Madrid”in hücumçusu Antuan Qrizmanı geridə qoyaraq “Les Bleus” tarixində ən çox qol ötürməsi verən oyunçu statusuna yiyələnib.

    Mbappenin Fransa millisindəki ümumi statistikası:

    • 89 oyun
    • 49 qol
    • 36 məhsuldar ötürmə

    Qeyd edək ki, Mbappenin məhsuldarlığı həm qol, həm assist baxımından Fransanın müasir futbol tarixində əlamətdar bir səviyyəyə çatıb və onun liderliyi davam etməkdədir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni