Avropa zonası üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində bu gün, 6 iyun tarixində III turun növbəti qarşılaşmaları baş tutacaq. Sport-az.com xəbər verir ki, üç qrupda ümumilikdə 6 oyun keçiriləcək. Günün ən diqqətçəkən oyunu Norveçdə baş tutacaq – yerli komanda İtaliyanı qəbul edəcək. İtaliyalılar bu görüşdə qrupdakı ilk qələbələrini qazanmaq istəyirlər.
Norveç qrupun lideridir və artıq 6 xal toplayıb. İtaliya isə hələ qələbə qazanmamış, cəmi 0 xalla turnir cədvəlində sonuncudur. Gecənin digər maraqlı matçlarından biri Çexiya – Monteneqro görüşüdür. Monteneqro millisinin heyətində “Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, eləcə də “Neftçi”nin oyunçusu Edviç Kuç çıxış edir. Favorit isə ev sahibi Çexiya sayılır.
Seçmə mərhələ – III tur
6 iyun | Saat 22:45
Qrup I
- Norveç – İtaliya
- Estoniya – İsrail
| Komanda | O | Q | H | M | T/F | Xal |
|---|---|---|---|---|---|---|
| Norveç | 2 | 2 | 0 | 0 | 9-1 | 6 |
| Estoniya | 2 | 1 | 0 | 1 | 4-4 | 3 |
| İsrail | 2 | 1 | 0 | 1 | 3-5 | 3 |
| İtaliya | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| Moldova | 2 | 0 | 0 | 2 | 2-8 | 0 |
Qrup J
- Şimali Makedoniya – Belçika
- Uels – Lixtenşteyn
| Komanda | O | Q | H | M | T/F | Xal |
|---|---|---|---|---|---|---|
| Şimali Makedoniya | 2 | 1 | 1 | 0 | 4-1 | 4 |
| Uels | 2 | 1 | 1 | 0 | 4-2 | 4 |
| Qazaxıstan | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
| Belçika | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| Lixtenşteyn | 2 | 0 | 0 | 2 | 0-5 | 0 |
Qrup L
- Çexiya – Monteneqro
- Cəbəllütariq – Xorvatiya
| Komanda | O | Q | H | M | T/F | Xal |
|---|---|---|---|---|---|---|
| Çexiya | 2 | 2 | 0 | 0 | 6-1 | 6 |
| Monteneqro | 2 | 2 | 0 | 0 | 4-1 | 6 |
| Xorvatiya | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| Farer adaları | 2 | 0 | 0 | 2 | 1-3 | 0 |
| Cəbəllütariq | 2 | 0 | 0 | 2 | 1-7 | 0 |



