More

    DÇ-2026-nın seçmə mərhələsi davam edir: Bu gün 6 oyun keçiriləcək

    Avropa zonası üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsində bu gün, 6 iyun tarixində III turun növbəti qarşılaşmaları baş tutacaq. Sport-az.com xəbər verir ki, üç qrupda ümumilikdə 6 oyun keçiriləcək. Günün ən diqqətçəkən oyunu Norveçdə baş tutacaq – yerli komanda İtaliyanı qəbul edəcək. İtaliyalılar bu görüşdə qrupdakı ilk qələbələrini qazanmaq istəyirlər.

    Norveç qrupun lideridir və artıq 6 xal toplayıb. İtaliya isə hələ qələbə qazanmamış, cəmi 0 xalla turnir cədvəlində sonuncudur. Gecənin digər maraqlı matçlarından biri Çexiya – Monteneqro görüşüdür. Monteneqro millisinin heyətində “Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç, eləcə də “Neftçi”nin oyunçusu Edviç Kuç çıxış edir. Favorit isə ev sahibi Çexiya sayılır.

    Seçmə mərhələ – III tur

    6 iyun | Saat 22:45

    Qrup I

    • Norveç – İtaliya
    • Estoniya – İsrail
    KomandaOQHMT/FXal
    Norveç22009-16
    Estoniya21014-43
    İsrail21013-53
    İtaliya00000-00
    Moldova20022-80

    Qrup J

    • Şimali Makedoniya – Belçika
    • Uels – Lixtenşteyn
    KomandaOQHMT/FXal
    Şimali Makedoniya21104-14
    Uels21104-24
    Qazaxıstan21013-33
    Belçika00000-00
    Lixtenşteyn20020-50

    Qrup L

    • Çexiya – Monteneqro
    • Cəbəllütariq – Xorvatiya
    KomandaOQHMT/FXal
    Çexiya22006-16
    Monteneqro22004-16
    Xorvatiya00000-00
    Farer adaları20021-30
    Cəbəllütariq20021-70

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni