Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” bu gün hazırlıq planı çərçivəsində daha bir yoxlama oyununa çıxacaq.
Sport-az.com xəbər verir ki, Naxçıvan təmsilçisi “Alanyaspor” klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” ilk yoxlama matçında yerli “Bayburtspor” komandasını 14:0 hesabı ilə məğlub edib. Klub təlim prosesi çərçivəsində üçüncü oyununu isə 17 iyul tarixində “Trabzonspor”a qarşı keçirəcək.
Təqvim:
- 11 iyul: Alanyaspor – Araz-Naxçıvan
- 17 iyul: Trabzonspor – Araz-Naxçıvan



