Bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunları başa çatacaq. Sport-az.com-un məlumatına görə, bu mərhələdə Azərbaycanın təmsilçisi “Sabah” Bolqarıstanın “Levski” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bolqarıstanda baş tutan ilk oyunda meydan sahibləri minimal hesabla qələbə əldə ediblər. Fərqlənmə 90+8-ci dəqiqədə qeydə alınıb.
Cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) və “Vaduts” (Lixtenşteyn) arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
14 avqust – UEFA Konfrans Liqası
- III təsnifat mərhələsinin cavab oyunu
- 20:00 – “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)
- İlk oyun nəticəsi: 0:1



