More

    UEFA Konfrans Liqası: “Sabah” Bolqarıstan səddini aşmağa çalışacaq

    Bu gün UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunları başa çatacaq. Sport-az.com-un məlumatına görə, bu mərhələdə Azərbaycanın təmsilçisi “Sabah” Bolqarıstanın “Levski” komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

    Bolqarıstanda baş tutan ilk oyunda meydan sahibləri minimal hesabla qələbə əldə ediblər. Fərqlənmə 90+8-ci dəqiqədə qeydə alınıb.

    Cütün qalibi pley-off mərhələsində AZ (Alkmar, Niderland) və “Vaduts” (Lixtenşteyn) arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

    14 avqust – UEFA Konfrans Liqası

    • III təsnifat mərhələsinin cavab oyunu
    • 20:00 – “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)
    • İlk oyun nəticəsi: 0:1

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni