Portuqaliyanın “Benfika” komandası Çempionlar Liqasının ümumi mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyuna ciddi itkilərlə hazırlaşır.
Sport-az.com “O Jogo” nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi qarşıdakı matçda altı futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Heyətdən kənarda qalan oyunçular bunlardır:
- müdafiəçi Aleksander Bax
- yarımmüdafiəçilər Manu Silva və Nuno Feliş
- vinger Bruma
- Dodi Lukebakio
- Amar Dediç
Məlumata görə, Lukebakio və Dediç görüşdən öncəki son məşqi də buraxıblar.
“Benfika” – “Qarabağ” qarşılaşması sentyabrın 16-da “Estadio da Luz” arenasında baş tutacaq və oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.



