Bakıda “Olimpiya günü” tədbiri keçirildi

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılmasının 131-ci ildönümü münasibətilə Bakıda “Olimpiya günü” tədbiri təşkil olunub. Sport-az.com-un Teleqraf-a istinadən verdiyi xəbərə görə, mərasim Nərimanov rayonundakı Antena parkında Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə baş tutub. Tədbirdə Avropa Gənclər Olimpiya Festivalında (EYOF) iştirak edən idmançılar, məktəblilər, rəsmi şəxslər və media nümayəndələri iştirak ediblər.

Açılış mərasimindən sonra EYOF 2025 qalibləri təqdim olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək qalibləri təbrik edib.

Tədbir çərçivəsində estafet qaçışı və kəndir dartma yarışları da keçirilib. Bu yarışların qaliblərinə kubok və medalları qurumun vitse-prezidentləri Fərid Mansurov və Zemfira Meftahətdinova təqdim ediblər.

Sonda iştirakçılar xatirə fotosu çəkdirib, tədbir isə bədii proqramla davam etdirilib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, TƏBİB, Bakı Şəhər Baş Polis İdarəsi, Parkın əməkdaşları, eləcə də Azərbaycan Respublikası Kəndirlə Mübarizə və Atletika federasiyalarının dəstəyi ilə olimpiya hərəkatı çərçivəsində həyata keçirilib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni