More

    AFFA prezidentindən “Qarabağ”a təbrik mesajı

    AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda qazandığı möhtəşəm qələbə münasibətilə təbrik edib.

    Sport-az.com-un məlumatına görə, Portuqaliya nəhəngi “Benfika”ya qarşı səfərdə 3:2 hesablı qələbədən sonra federasiya rəhbəri sosial şəbəkədə paylaşım edib.

    “UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan “Qarabağ” Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram. Təbriklər”, – deyə Rövşən Nəcəf “X” hesabında qeyd edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni