Alonso yenidən “Alpin”ə qayıda bilər: Komanda ikiqat dünya çempionunu istəyir

Formula 1-də sürücü bazarı ilə bağlı maraqlı iddia gündəmə gəlib. Məlumata görə, ikiqat dünya çempionu Fernando Alonso karyerasını davam etdirmək qərarına gəlsə, “Alpin” komandası onu yenidən heyətinə qatmağa hazırdır.

Hazırda “Aston Martin”in şərəfini qoruyan 44 yaşlı ispaniyalı pilot gələcəyi ilə bağlı yekun qərar verməyib. Bildirilir ki, Alonso növbəti mövsüm üçün seçim etməkdə tələsmək istəmir və mümkün qədər gözləmə mövqeyində qalmağa üstünlük verir.

Təcrübəli sürücünün əsas məqsədi daha bir uğursuz mövsüm keçirməməkdir. Bununla belə, “Aston Martin”in real potensialı yalnız yay fasiləsindən sonra daha aydın görünəcək. Komanda həmin dövrdə bolidə mühərrik və şassi yeniləmələri tətbiq etməyi planlaşdırır.

Padokda bir çoxları hesab edir ki, “Honda”nın yeni güc qurğusu gözlənilən səviyyəyə çatarsa, “Aston Martin” yaxın illərdə çempionluq uğrunda mübarizə aparan komandalardan birinə çevrilə bilər. Lakin Alonso üçün əsas sual bu layihənin nəticəsini gözləməyə vaxtının çatıb-çatmayacağıdır.

“Alpin” qapıları açıq saxlayır

İspaniya mətbuatının yaydığı məlumata əsasən, “Alpin” rəhbərliyi Alonsonun komandaya qayıdışına müsbət yanaşır. Hətta belə bir transfer baş tutacağı təqdirdə, komanda hazırkı pilot heyətində dəyişiklik etməyə də hazırdır.

Fernando Alonso Formula 1 tarixinin ən uğurlu sürücülərindən biri hesab olunur. O, dünya çempionu titulunu 2005 və 2006-cı illərdə qazanıb və uzun illərdir idmanın ən təcrübəli pilotları sırasında yer alır.

Xatırladaq ki, FIA yaxın illərdə Formula 1 mühərriklərinin gələcəyi ilə bağlı mühüm qərar qəbul edib. Bu mövzuda daha ətraflı məlumatı V8 mühərriklərinin qayıdışı xəbərində oxuya bilərsiniz.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni