Azərbaycan I Liqasının VIII turunda daha bir matç keçirilib: «Baku Sportinq» və «Səbail» komandaları qarşılaşıb. Turun ən maraqla gözlənilən oyunu hesab edilən bu görüş qolsuz heç-heçə ilə – başa çatıb.
Artıq “Səbail” komandası liderlik şansını əldən verib. Oyunun sonlarına yaxın, 90+4-cü dəqiqədə “Səbail”dən Sadiq Quliyev qırmızı vərəqə ilə cəzalanıb.
Dünən turda “Zaqatala” “Şahdağ Qusar”ı 1:0, “Mingəçevir” MOİK-i 3:0, “Cəbrayıl” isə “Şimal”ı 7:0 hesabı ilə məğlub edib. Tur sabah “Şəfa” və “DİFAY” komandaları arasında keçiriləcək qarşılaşma ilə yekunlaşacaq.
Azərbaycan I Liqasının VIII turunun əsas oyunlarından biri sayılan bu matç hər iki komandanın azarkeşləri tərəfindən maraqla izlənib və gərgin mübarizə şəraitində keçib.



