More

    Azərbaycan Kubokunda I təsnifat mərhələsinə bu gün yekun vurulur

    Futbol üzrə Azərbaycan Kubokunun I təsnifat raunduna bu gün son nöqtə qoyulacaq. Peşəkar Futbol Liqasının rəsmi məlumatına əsasən, ikinci turun oyun günündə iki maraqlı qarşılaşma keçiriləcək. Görüşlər saat 14:00-da başlayacaq və futbol azarkeşləri matçları PFL-in “AzPFL” YouTube kanalında canlı izləyə bilərlər.

    Göygöl Olimpiya İdman Kompleksində “Göygöl” – “Şəmkir”, Quba Olimpiya İdman Kompleksində isə “Quba” – “Xankəndi” komandaları üz-üzə gələcək. Hər iki matçda müvafiq hakim-inspektorlar və AFFA nümayəndələri prosesə nəzarət edirlər.

    Dünən baş tutan oyunlarda “Ağstafa Gəncləri” “Şirvan”ı 1:0 hesabı ilə, “Qaradağ Lökbatan” “Ağdaş”ı 8:0, “Sheki City” “Araz-Saatlı”nı 3:2, “Dinamo” isə əlavə vaxtda “Kür-Araz”ı 3:2 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni