Misli Premyer Liqasının 2026/2027 mövsümündə ilk turun oyunlarının tarixləri, başlama saatları və keçiriləcəyi stadionlar müəyyənləşib. Yeni mövsümə avqustun 14-də start veriləcək və turun son qarşılaşması avqustun 17-də oynanılacaq.
2026/27 mövsümünün ümumi təqviminə əsasən, ilk dövrənin I turunda altı qarşılaşma nəzərdə tutulub.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah”ın müraciəti və “Kəpəz”in razılığı nəzərə alınaraq bu komandalar arasında birinci və ikinci dövrədə keçirilməli oyunların yerləri dəyişdirilib. Bunun nəticəsində mövsümün ilk turundakı qarşılaşmada “Sabah” meydan sahibi olacaq.
I turun tam oyun cədvəli
14 avqust
- 19:30 — “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu
15 avqust
- 18:30 — “Araz-Naxçıvan” – “İmişli”
Qəbələ şəhər stadionu - 20:45 — “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”
16 avqust
- 19:00 — “Sumqayıt” – “Neftçi”
“SOCAR Polymer Arena” - 21:00 — “Zirə” – “Şəfa”
Zirə İdman Kompleksinin stadionu
17 avqust
- 19:30 — “Qarabağ” – “Şamaxı”
Tofiq Bəhramov adına Respublika stadionu
Beləliklə, yeni mövsümün açılış matçında “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. I tura isə son çempion “Qarabağ”ın “Şamaxı” ilə qarşılaşması ilə yekun vurulacaq.
2026/27 mövsümündə Premyer Liqanın ilk dövrəsinin oyunları avqustun 14-dən başlayacaq. AFFA-nın açıqladığı ümumi təqvimdə də ilk turun 14-17 avqust tarixlərini əhatə etdiyi göstərilir.





