Azərbaycan futbolunun ən böyük rəqabəti bu axşam yenidən yaşanacaq. Misli Premyer Liqasının XXI turundan vaxtı dəyişdirilən “Neftçi” – “Qarabağ” qarşılaşması nəhayət bu gün reallaşır.
“Palms Sports Arena”da baş tutacaq bu gərgin mübarizə saat 20:00-da start götürəcək. Hazırkı turnir cədvəlindəki vəziyyətə nəzər salsaq, “ağ-qaralar” 28 oyundan sonra topladıqları 44 xalla dördüncü pillədə qərarlaşıblar. Qonaq qismində çıxış edəcək Ağdam klubu isə 59 xalla çempionatın ikinci sırasına sahibdir.
Qeyd edək ki, bu komandaların son görüşü “Qarabağ”ın böyükhesablı qələbəsi ilə yadda qalmışdı. Belə ki, XXIX tur çərçivəsində keçirilən həmin oyunda ağdamlılar rəqib meydanında 5:1 hesablı inamlı qalibiyyət əldə etmişdilər.
Görüşün rəsmi heyəti və detalları ilə aşağıda tanış ola bilərsiniz:
- Tarix: 30 aprel
- Başlama saatı: 20:00
- Baş hakim: Kamranbəy Rəhimov
- Yan xətt hakimləri: Rəhman İmami, Müslüm Əliyev
- Dördüncü hakim: Rəşad Əhmədov
- VAR və AVAR hakimləri: Elçin Məsiyev, Elşad Abdullayev
- Hakim-inspektor: Babək Quliyev
- AFFA nümayəndəsi: Elgiz Abbasov
- Məkan: “Palms Sports Arena”
Azarkeşlərin böyük marağına səbəb olan bu derbi turnir cədvəlindəki yerlərin daha da dəqiqləşməsi baxımından hər iki kollektiv üçün prinsipial əhəmiyyət kəsb edir.



