More

    Braziliyalı ulduz Renato Auqusto karyerasını bitirdiyini elan etdi

    “Bayer” və Braziliya yığmasının keçmiş yarımmüdafiəçisi Renato Auqusto peşəkar futbol həyatına son qoyduğunu bildirib. 37 yaşlı oyunçu bu qərarı sentyabrın 18-də sosial şəbəkələrdə paylaşıb, karyerasını xatırlayaraq pərəstişkarlarına təşəkkür edib.

    Təcrübəli futbolçunun son klubu 2021-ci ildən bəri çıxış etdiyi “Fluminense” olub, lakin o, klubu 2025-ci ilin yazında tərk edib. Auqusto həmçinin “Korintians”, Çin nəhəngi “Beijing Quoan” və “Flamenqo” kimi klublarda oynayıb, 2008-ci ildə isə “Bayer”ə keçərək Avropada ad qazanmışdı.

    Qeyd edək ki, Auqusto Braziliya millisində 33 matç keçirib və 6 qol vurub. O, 2006 və 2015-ci illərdə Braziliya çempionu olub, “Qızıl top” mükafatını qazanıb, həmçinin 2016-cı ildə Rio Olimpiadasında qızıl medal əldə edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni