Cavid Hüseynovun yeni ünvanı bəlli oldu: “Araz-Naxçıvan”da yeni dövr başlayır

“Araz-Naxçıvan” futbol klubu yeni baş məşqçisinin adını rəsmən açıqlayıb. Komandanın sükanı Azərbaycan futbolunun tanınmış simalarından olan Cavid Hüseynova həvalə edilib.

Naxçıvan təmsilçisi ilə 38 yaşlı mütəxəssis arasında bir illik əməkdaşlıq müqaviləsi imzalanıb. Beləliklə, Hüseynov qarşıdakı mövsümdə komandanın həm ölkə çempionatında, həm də digər yarışlarda çıxışına rəhbərlik edəcək.

Təcrübəli futbolçudan baş məşqçiliyə

Cavid Hüseynov futbolçu karyerası ərzində Azərbaycan Premyer Liqasının bir sıra tanınmış klublarında çıxış edib. O, müxtəlif dövrlərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ” və “Zirə”nin formasını geyinib. Hüseynov həmçinin Türkiyədə “Adana Dəmirspor”un şərəfini qoruyub.

Yarımmüdafiəçi kimi U-19, U-21 və Azərbaycan milli komandasının heyətində də çıxış edən Hüseynov ölkə futbolunun tanınan simalarından biri hesab olunur. Karyerasını başa vurduqdan sonra isə məşqçilik fəaliyyətinə başlayaraq bu sahədə də təcrübə toplayıb.

Cavid Hüseynovun yeni ünvanı bəlli oldu: “Araz-Naxçıvan”da yeni dövr başlayır

Cavid Hüseynovun məşqçi yolu “Şamaxı” klubunda başlayıb. Daha sonra o, “Cəbrayıl” və “Turan Tovuz” komandalarında müxtəlif vəzifələrdə çalışıb. Mütəxəssis bir müddət Premyer Liqa təmsilçisi “Səbail”in də baş məşqçisi olub.

“Araz-Naxçıvan” rəhbərliyi yeni təyinatla komandanın inkişafına və qarşıdakı mövsümdə daha iddialı nəticələr əldə etməyə çalışır. Klubun yaxın günlərdə transfer və hazırlıq planları ilə bağlı da əlavə məlumat verməsi gözlənilir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni