More

    ÇL-in əsas favoritləri açıqlandı: siyahıda “Qarabağ”ın 4 rəqibi də var

    UEFA Çempionlar Liqasının yeni mövsümü start götürərkən Goal portalı turnirin əsas favoritlərini açıqlayıb, xəbər verir Sport-az.com.

    İlk beşlik

    Reytinqin zirvəsində “Barselona” qərarlaşıb. Mütəxəssislər kataloniyalıları bu mövsümün ən güclü namizədi hesab edirlər. Ötən mövsüm “blauqranalar” yarımfinala qədər irəliləmiş, lakin “İnter”ə uduzmuşdu.

    İkinci pillədə hazırkı kubok sahibi PSJ, üçüncü yerdə isə “Liverpul” var. Dördüncü sırada ÇL-in hələ qalibi olmayan “Arsenal”, beşinci yerdə isə 15 dəfə Avropanın ən güclüsü olmuş “Real Madrid” qərarlaşıb.

    Əsas reytinq – Top-16

    1. “Barselona”
    2. PSJ
    3. “Liverpul”
    4. “Arsenal”
    5. “Real Madrid”
    6. “Bavariya”
    7. “Çelsi”
    8. “Mançester Siti”
    9. “Tottenhem”
    10. “Napoli”
    11. “İnter”
    12. “Atletiko” (Madrid)
    13. “Benfika”
    14. “Monako”
    15. “Yuventus”
    16. “Borussiya” (Dortmund)

    “Qarabağ” üçün çətin qrup

    Xatırladaq ki, Azərbaycan çempionu “Qarabağ” əsas mərhələdə səkkiz güclü rəqiblə qarşılaşacaq. Onların arasında reytinqin favoritlərindən “Çelsi”, “Liverpul”, “Benfika” və “Napoli” də var. Digər rəqiblər isə “Ayntraxt”, “Ayaks”, “Kopenhagen” və “Atletik” Bilbaodur.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni