More

    DÇ-2026: Ukraynanın Azərbaycanla oyuna heyəti açıqlanıb

    Ukrayna milli komandası 2026 Dünya Çempionatının seçmə mərhələsində oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb. Baş məşqçi Sergey Rebrov 25 futbolçunu dəvət edib.

    Komandanın heyətində qapıçılar kimi: “Polissya”dan Georgi Buşan, Portuqaliyanın “Benfika” klubundan Anatoli Trubin və “Şaxtyor”dan Dmitro Rıjnik yer alır.
    Müdafiəçilər sırasında :“PSJ”dən İlya Zabarnı, “Ostin”dən Aleksandr Svatok, “Şaxtyor”un beş üzvü Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya, Aleksandr Timçik (“Dinamo”) və Vitali Mikolenko (“Everton”) var.

    Yarımmüdafiə xəttində: “Brentford”dan Yeqor Yarmolyuk, “Metallist 1925”dən İvan Kalyujnı, “Dinamo”dan Mikola Şaparenko, Vladimir Brajko, Nazar Voloşin; Portuqaliyanın “Benfika” klubundan Georgi Sudakov; “Şaxtyor”dan Artyom Bondarenko; “Polissya”dan Aleksey Qutsulyak və Aleksandr Nazarenko; “Jirona”dan Viktor Tsiqankov və Vladislav Vanat (“Jirona”) yer alıb. Türkiyənin “Trabzonspor”undan Aleksandr Zubkov və İtaliyanın “Roma”sından Artyom Dovbik də heyətdə iştirak edəcək.

    Ehtiyat oyunçular arasında: “Dinamo”dan Ruslan Neşeret və Aleksandr Pixalyonok, “Şaxtyor”dan Oleq Oçeretko və Dmitri Kriskiv, ABŞ “Kolambus Kryu” klubundan Yevgeni Çeberko və İngiltərənin “Stok Siti”ndən Maksim Taloverov var.

    Qeyd edək ki, Ukrayna ilə Azərbaycan milli komandaları arasındakı qarşılaşma 13 oktyabrda Bakı vaxtı ilə saat 22:45-də Polşanın “Krakoviya” stadionunda baş tutacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni