FIFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. Sport-az.com-un məlumatına görə, Azərbaycan yığması əvvəlki nəticəsi ilə müqayisədə iki pillə geriləyərək hazırda 1148.09 xalla 124-cü yerdə qərarlaşıb.
Siyahıya 1875.37 xalla İspaniya millisi liderlik edir. Azərbaycanın 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərinin mövqeləri isə belədir:
- Fransa – ikinci yer
- Ukrayna – 1543.06 xalla 28-ci yer
- İslandiya – 1343.09 xalla 74-cü yer



