More

    FIFA, “Real”ın təklifi ilə 2029-dan sonra Klub Dünya Kubokunun formatını dəyişə bilər

    FIFA Klub Dünya Kubokunun formatını yenidən dəyişməyi nəzərdən keçirir.

    The Guardian-ın məlumatına görə, təşəbbüs Madrid “Real”ına məxsusdur. İyunda Mayamidə keçirilən görüşdə “blancos” yeni islahat təklif edib. Bu ideyanı builki turnirə vəsiqə qazana bilməyən “Liverpul”, “Barselona”, “Mançester Yunayted” və “Napoli” dəstəkləyib.

    Təklifin mahiyyəti

    • Komandaların sayı 32-dən 48-ə qaldırılsın.
    • Turnir hər 4 ildən bir deyil, 2 ildən bir keçirilsin.

    Bildirilib ki, aparıcı Avropa klubları FIFA-nın əsasən Səudiyyə Ərəbistanının Surj Sports Investments şirkəti tərəfindən maliyyələşdirilən böyük gəlirlərindən faydalanmaq istəyirlər.

    Gözlənilən dəyişikliklər

    • FIFA 2027-ci ildə bu islahatları tətbiq etməyi planlaşdırmır.
    • Dəyişikliklər yalnız 2029-cu il Səudiyyə Ərəbistanında keçiriləcək KDK-dan sonra mümkün ola bilər.

    Qeyd edək ki, təşkilat artıq World Leagues və FIFPRO tərəfindən məhkəməyə verilib. Onlar FIFA-nı 2025-ci il KDK-nın təqvimi ilə bağlı məsləhətləşmələr aparmamaqda günahlandırırlar. Xatırladaq ki, yeni formatlı KDK-2025-in ilk qalibi Londonun “Çelsi”si olub. Komanda finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni