Azərbaycan I Liqasında 23-cü turun oyunlarına start verilib. İlk oyun günündə üç qarşılaşma baş tutub və bütün matçlar eyni vaxtda start götürüb. Turun açılış günü həm liderin inamlı çıxışı, həm də digər meydanlarda gərgin mübarizə ilə yadda qalıb.
Günün nəticələrinə əsasən, “Şəfa” MOİK üzərində böyükhesablı qələbə qazanıb. “Cəbrayıl” doğma meydanda “Mingəçevir”i məğlub edib, “Şahdağ Qusar” isə səfərdə “Zaqatala”dan üstün olub.
Matçların nəticələri 23-cü tur, 22 aprel:
16:00. “Şəfa” – MOİK – 3:0
Qollar: U.İsmayılov, 55; T.Quliyev, 58; N.Əliyev, 74
Stadion: Binə qəsəbə stadionu
16:00. “Cəbrayıl” – “Mingəçevir” – 2:1
Qollar: S.Hüseynli, 21; D.Açimi, 45 // K.Kalunqa, 55
Stadion: Şamaxı Olimpiya İdman Kompleksi
16:00. “Zaqatala” – “Şahdağ Qusar” – 0:1
Qol: S.Ağalarov, 69
Stadion: Zaqatala Olimpiya İdman Kompleksi



