Azərbaycan I Liasında 2025/2026 mövsümünün sonuncu – 27-ci turunun oyunları bu gün keçiriləcək. Turun əsas diqqətçəkən məqamı Premyer Liqaya yüksəliş uğrunda pley-off mərhələsinə vəsiqə qazanacaq komandanın müəyyənləşməsidir.
Hazırda “Səbail”, “Mingəçevir” və “Baku Sportinq” ikinci pillə uğrunda mübarizəni davam etdirir. Mövsümün taleyini həll edəcək qarşılaşmalar futbolsevərlər tərəfindən böyük maraqla gözlənilir.
“Səbail” və “Mingəçevir” üçün həlledici matç
Turun ən vacib oyunu Mingəçevirdə baş tutacaq. Yerli komanda “Səbail”i qəbul edəcək və bu görüşdə qalib gələn tərəf Premyer Liqaya yüksəlmək şansını qoruyacaq.
Digər iddialı kollektiv olan “Baku Sportinq” isə Şamaxıda “Şahdağ Qusar”la üz-üzə gələcək. Paytaxt təmsilçisinin pley-off ümidlərini davam etdirməsi üçün yalnız qələbə kifayət etmir – komanda paralel oyunun nəticəsindən də asılı olacaq.
Binə qəsəbəsində keçiriləcək “Zaqatala” – “Şəfa” matçı isə artıq çempionluğu təmin etmiş “Şəfa” üçün mükafatlandırma mərasimi ilə yadda qalacaq.
Azərbaycan I Liqası, 27-ci tur
22 may
15:30. “Zaqatala” – “Şəfa”
- Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev.
- Hakim-inspektor: Rövşən Əhmədov.
- AFFA nümayəndəsi: Namiq Əliyev.
- Binə qəsəbə stadionu.
17:00. “Şahdağ Qusar” – “Baku Sportinq”
- Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
- Hakim-inspektor: Şahin Cəfərov.
- AFFA nümayəndəsi: İlham Əliyev.
- Şamaxı Olimpiya İdman Kompleksinin stadionu.
17:00. “Mingəçevir” – “Səbail”
- Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Asif Abdullayev, Şamil İmanzadə.
- Hakim-inspektor: Asim Xudiyev.
- AFFA nümayəndəsi: Nəriman Axundov.
- Mingəçevir şəhər stadionunun ehtiyat meydançası.




