I Liqada son turun startı: MOİK-dən böyükhesablı qələbə

Azərbaycan I Liqasında 2025/2026 mövsümünün sonuncu – 27-ci turuna start verilib. İki gün davam edəcək turun ilk oyun günündə azarkeşlər iki maraqlı qarşılaşmaya şahidlik ediblər.

MOİK matça sürətli başlayaraq erkən qolla hesabı açıb və üstünlüyünü oyunun sonuna qədər qoruyub. Komanda xüsusilə ikinci hissədə hücum xəttində fəallığı ilə seçilib.

Turun digər görüşündə “Cəbrayıl” ilk hissədə üstün oyun nümayiş etdirsə də, “Şimal” fasilədən sonra oyunun gedişatını dəyişməyi bacarıb. Nihad Şixamirovun dublu komandasına vacib qələbə qazandırıb.

Azərbaycan I Liqası, 27-ci tur

21 may:

MOİK – “Difai” 4:0

  • Qollar: M.Baxşalı, 2; S.Yadom, 24; S.Fərəcov, 79; B.Soltanov, 89.
  • Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
  • Hakim-inspektor: Babək Quliyev.
  • AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
  • Binə qəsəbə stadionu, 17:00.

“Cəbrayıl” – “Şimal” 2:3

  • Qollar: D.Açimi, 29, 54 – N.Osmanov, 55; N.Şixamirov, 64, 77.
  • Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
  • Hakim-inspektor: Əmrah İbrahimov.
  • AFFA nümayəndəsi: Novruz Əzimov.
  • Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
I Liqada son turun startı: MOİK-dən böyükhesablı qələbə

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni