More

    I Liqada VII turun oyunları bu gün başa çatacaq

    Azərbaycan I Liqasında VII tur bu gün iki maraqlı qarşılaşma ilə yekunlaşacaq. Şamaxı Olimpiya İdman Kompleksində “Şahdağ Qusar” komandası “Şimal” təmsilçisi ilə üz-üzə gələcək. Rahid Əmirquliyevin rəhbərlik etdiyi “Şahdağ Qusar” autsayder “Şimal”a qarşı qələbə qazanmaqla liderlərə yaxın mövqeyini qorumağa çalışacaq. Əks təqdirdə, “Şahdağ”la eyni xala sahib olan “Zaqatala” “Difai”yə qarşı səfər oyunu ilə önə keçmək şansını əldə edəcək.

    Hər iki matç eyni vaxtda, saat 14:00-da başlayacaq. “Difai”lə “Zaqatala” görüşü Ağsu şəhər stadionunda keçiriləcək.

    Qeyd edək ki, turun əvvəlki üç oyunu artıq baş tutub. “Şəfa” səfərdə “Mingəçevir”i 3:2, “Səbail” evdə MOİK-i 1:0, “Baku Sportinq” isə “Cəbrayıl”ı 2:0 hesablə məğlub edib.

    Hakimlər və AFFA nümayəndələri isə aşağıdakılardır:

    • “Şahdağ Qusar” – “Şimal”: Səbuhi Bayramov (baş hakim), Səbuhi Əmrahov, Aydın Bəxşiyev, Mahmud Bağırzadə; hakim-inspektor Babək Quliyev; AFFA nümayəndəsi Eldəniz Musayev.
    • “Difai” – “Zaqatala”: Namiq Bəkirov (baş hakim), Səbuhi Soltanov, Samir Qaracayev, Rövşən Rəcəbov; hakim-inspektor İmanxan Sultani; AFFA nümayəndəsi Mübariz Hüseynov.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni