Azərbaycan II Liqasında 25-ci turun qarşılaşmaları maraqlı və məhsuldar oyunlarla yadda qaldı. Göygöldə keçirilən matçda meydan sahibləri ilə “Ağstafa Gəncləri” bərabərliyə razılaşdı. Görüşdə hər iki komanda qol imkanları yaratsa da, tərəflər hərəyə bir dəfə fərqlənərək 1:1 hesablı heç-heçə ilə kifayətləndi.
Turun digər qarşılaşmasında isə “Kür-Araz” öz meydanında “Şəki Siti” üzərində inamlı qələbə qazandı. İmişli təmsilçisi hücum futbolu nümayiş etdirərək rəqib qapısından 5 top keçirdi və turnir cədvəlində mövqeyini möhkəmləndirdi.
Azərbaycan II Liqası, XXV tur
4 may:
16:00. “Kür-Araz” – “Şəki Siti” – 5:1
- Qollar: E.Məmmədov, 6, B.Əliyev, 19, 34, 78, Ə.İbrahimli, 83 // N.Fərəci, 36-pen.
- Heydər Əliyev adına İmişli şəhər stadionu
16:30. “Ağdaş” – “Araz Saatlı” – 0:2
- Qollar: E.Xəlilli, 13, 86
- Ağdaş şəhər stadionu



