Azərbaycan II Liqasında 24-cü turun oyunları davam edir. Günün qarşılaşmaları fərqli ssenarilərlə yadda qalıb – birində gərgin mübarizə, digərində isə böyükhesablı üstünlük qeydə alınıb.
Saatlıda keçirilən oyunda meydan sahibləri fasilədən sonra təşəbbüsü ələ aldı. M.Məsimovun iki qolu “Araz Saatlı”ya üstünlük qazandırdı. Qonaqlar son dəqiqələrdə fərqi azaltsalar da, nəticəni dəyişə bilmədilər.
Zaqatalada baş tutan matç isə tam fərqli keçdi. “Ağdaş” ilk hissədə vurduğu qollarla oyunun taleyini erkən həll etdi və fasiləyə böyük üstünlüklə yollandı. İkinci hissədə də hücumlarını davam etdirən qonaqlar yekunda inamlı qələbə qazandı.
Azərbaycan II Liqası
24-cü tur
27 aprel:
“Araz Saatlı” – “Göygöl” 2:1
Qollar: M.Məsimov (48, 57) // A.Quliyev (82)
Saatlı OİK stadionu
“Şəki Siti” – “Ağdaş” 1:5
Qollar: S.Süleymanov (56) // Y.Dilanov (25, 45), E.Vəliyev (42), E.Süleymanov (58), S.Ağayev (90)
Zaqatala OİK stadionu



