II Liqa: Şamaxıda dramatik heç-heçə, “Quba”dan qol şousu

Azərbaycan II Liqasında 24-cü turun son oyunları keçirilib və turun ən vacib qarşılaşmaları məhz bu gün baş tutub. Xüsusilə Şamaxıda keçirilən mərkəzi oyun çempionluq mübarizəsinə təsir edən nəticə ilə yadda qalıb.

“Xankəndi” doğma meydanda əsas rəqibi “Qaradağ Lökbatan”ı qəbul edib. Qarşılaşma gərgin və ehtiyatlı oyunla başlayıb, lakin ilk hissənin əlavə vaxtında E.Nəsibov hesabı açaraq meydan sahiblərini önə keçirib.

İkinci hissədə qonaqlar təzyiqi artırıb və uzun cəhdlərdən sonra buna nail olublar. Matçın son saniyələrində F.Abbaslı fərqlənərək komandasını məğlubiyyətdən xilas edib – 1:1. Bu nəticə ilə zirvə mübarizəsində intriqa qorunub saxlanılıb.

Turun digər oyununda “Şəmkir” öz meydanında “Quba” ilə qarşılaşıb. Qonaqlar ilk hissədən üstün oyun sərgiləyərək bir neçə qol vurub və fasiləyə rahat üstünlüklə yollanıblar.

İkinci hissədə “Şəmkir” fərqi azaltmağa çalışsa da, “Quba” hücumda effektivliyini davam etdirərək matçı 5:2 hesabı ilə qazanıb.

Azərbaycan II Liqası

24-cü tur

28 aprel:

16:00. “Xankəndi” – “Qaradağ Lökbatan” – 1:1

  • Qollar: E.Nəsibov, 45+5 // F.Abbaslı, 90+7
  • Şamaxı OİK stadionu

16:30. “Şəmkir” – “Quba” – 2:5

  • Qollar: R.Abdullayev, 57, C.Cəlalzade, 65 // V.Cəfərov, 18, 71-pen; R.Məhərrəmov, 41, K.Mirzəyev, 45+3, B.Koçarlı, 73
  • Şəmkir OİK stadionu

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni