II Liqada favoritlər səhvsiz irəlilədi – “Xankəndi” və “Qaradağ Lökbatan”dan inamlı qələbə

Azərbaycan II Liqasında 26-cı turun qarşılaşmaları davam edir. Turun ikinci oyun günündə meydana çıxan lider “Xankəndi” və ən yaxın izləyicisi “Qaradağ Lökbatan” azarkeşlərini böyükhesablı qələbələrlə sevindiriblər.

Şamaxı OİK stadionunda keçirilən görüşdə “Xankəndi” “Şirvan”ı qəbul edib. Matç meydan sahiblərinin tam üstünlüyü şəraitində keçib. Bəxtiyar Teymurov het-trik edərək turun ən məhsuldar futbolçularından biri olub. Digər qolu isə Məhəmməd Caniyev vurub.

Turun digər oyununda “Qaradağ Lökbatan” öz meydanında “Quba” ilə üz-üzə gəlib. Meydan sahibləri qarşılaşma boyunca üstün tərəf olub və rəqib qapısından üç cavabsız top keçiriblər. İsmayıl Əliyev hesabı açıb, Vüqar Hüseynov və İlkin Ağayarov isə fərqi artırıblar.

26-cı turun oyunları

11 may:

“Xankəndi” – “Şirvan” – 4:0

  • Qollar: B.Teymurov, 2, 39, 77; M.Caniyev, 88
  • Stadion: Şamaxı OİK stadionu

“Qaradağ Lökbatan” – “Quba” – 3:0

  • Qollar: İ.Əliyev, 35; V.Hüseynov, 58; İ.Ağayarov, 78
  • Stadion: Lökbatan OİK stadionu
II Liqada favoritlər səhvsiz irəlilədi – “Xankəndi” və “Qaradağ Lökbatan”dan inamlı qələbə

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni