Misli Premyer Liqasının ilk dörd turu Gəncə təmsilçisi “Kəpəz” üçün uğursuz alındı – komanda hələ də xal qazana bilməyib.
İlk dörd turun nəticələri
- “Sumqayıt” – “Kəpəz” 3:0
- “Kəpəz” – “Kərvan-Evlax” 2:3
- “Zirə” – “Kəpəz” 5:0
- “Araz-Naxçıvan” – “Kəpəz” 2:0
Beləliklə, Gəncə klubu mövsümə ardıcıl dörd məğlubiyyətlə başlayıb.
“Kəpəz” artıq ikinci mövsümdür ki, ilk dörd turda xal toplaya bilmir. Ümumilikdə isə bu, klubun tarixində dördüncü belə hadisədir. Komanda oxşar uğursuz startı daha əvvəl də yaşamışdı:
- 2012/13 mövsümü
- 2022/23 mövsümü
- 2023/24 mövsümü
- 2024/25 mövsümü
Görünür, “Kəpəz” yenidən ağır mövsümə qədəm qoyub.



