Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo futbol dünyasında yeni bir rekorda imza ataraq, tarixə ilk milyarder futbolçu kimi düşüb. Bloomberg agentliyinin məlumatına görə, 40 yaşındakı oyunçunun sərvəti 1,4 milyard dollar səviyyəsinə çatıb. Bu rəqəm onun klubdan aldığı maaş, sponsor müqavilələri və digər kommersiya fəaliyyətlərinin gəlirlərini əhatə edir.
Ronaldo 2023-cü ildən etibarən “Əl-Nəsr”də çıxış edir və yeni müqaviləsi ona ildə 400 milyon avrodan çox gəlir təmin edir. Əldə etdiyi böyük gəlir sayəsində ulduz futbolçu uzun illər qazanc baxımından əsas rəqibi Lionel Messinin yaxınında olsa da, son iki ildə vəziyyət dəyişib və Ronaldo idman tarixində ən varlı atletlər sırasında zirvəyə yüksəlib.
Beş dəfə “Qızıl Top” mükafatını qazanan Ronaldo, həm meydanda, həm də kommersiyada böyük uğurlar qazanıb. Onun Nike, Armani və digər brendlərlə olan sponsor müqavilələri 175 milyon dollardan çox əlavə gəlir gətirib. Əlavə olaraq, xüsusi jet və kulübdə iştirak etdiyi səhmlər kimi əlavə üstünlüklər onun illik gəlirini daha da artırır.
Ronaldo ilə yanaşı, Lionel Messi də yüksək gəlirli idmançılar arasında yer alır, lakin Ronaldo-nun sərvəti reytinqdə yeni rekorda imza ataraq ilk milyarder futbolçu olmasını təmin edib.



